"Zirə" klubunun avrokubok oyunlarını hansı stadionda keçirəcəyi bəlli olub.

Klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Offsideplus.az-a açıqlamasında matçların "Liv Bona Dea Arena"da ("Dalğa Arena") oynanılacağını bildirib.

Qeyd edək ki, cari mövsümü 2-ci pillədə başa vuran "qartallar" Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu mərhələnin oyunları 11-18 iyul tarixlərində keçiriləcək.